Qadağaya görə unitazdan su içdi, vəfat etdi - Balaca qızın dəhşətli ölümü

8 yaşlı qız çirkli unitazdan su içdiyi üçün vəfat edib.

Saglamolun.az ölkə.az-a istinadla xəbər verir ki, hadisə ötən il ABŞ-da baş verib. Uşağın anası balaca qızcığaza bir neçə gün su içməyi qadağan edib, bunun nəticəsində o, susuzluğunu yatırmaq üçün unitazdakı sudan istifadə edib.

Nəticədə o, sepsisə yoluxaraq vəfat edib.

Qadının başqa ailəyə övladlığa verilən digər qızı, açıqlamasında bildirib ki, valideynləri Reillini metal əşyalar və kəmərlə döyürdülər.

Bundan əlavə qeyd olunur ki, uşaq tez-tez müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun müəllimlər isə dəfələrlər sosial işçilərə qızın ailəsi barədə xəbərdarlıq ediblər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Saglamolun.Az