Ürək üçün faydalı qida açıqlandı - Şok nəticə

Bu vaxta kimi elm və tibb yumurtanı xolesterin və ateroskleroz səbəbindən ürək-damar xəstəliklərinin əsas səbəbkarı kimi hesab edirdi.

Ürək xəstələrinə onu yeməmək, insanlara isə az istifadə etmək tövsiyə olunurdu.

Saglamolun.az bakupost.az-a istinadla xəbər verir ki, Çin alimləri 500 min yerli sakin üzərində apardıqları elmi araşdırmanın nəticəsi olaraq tamam əks açıqlama veriblər.

2018-2020-ci illəri əhatə edən böyük araşdırmanın nəticələri göstərib ki, hər gün yumurta yeyən çinlinin infarkt-insult riski nadir halda yeyənlərdən daha azdır, yəni yumurta yeyənlərin ürək-damar sistemi daha sağlam olub.

Pekin universitetinin alimləri elmi mərkəzdə bu nəzəriyyənin doğruluğunu və yumurtanın ürəyə, qana təsirini canlı təhlil ediblər.

Ürək-damar xəstəliyindən əziyyət çəkən 3000 nəfərin gün, ay ərzində nə qədər yumurta yedikləri araşdırılıb.

Analizlər göstərib ki, kimlər ki, müntəzəm olaraq, normal miqdarda, məsələn gündə 1 ədəd, həftədə 3-4 dəfə yumurta yeyib, onların qanında yaxşı xolesterinin səviyyəsi yüksəlmiş olub. Yaxşı xolesterin isə damarların tıxanmasının qarşısını alır, infarkt, insult riskini azaldır.

Saglamolun.Az