Mütəxəssislər qulaqları qulaq çöpü ilə təmizləməyi qəti şəkildə tövsiyə etmirlər. Qulaq kiri kimi tanıdığımız maddə əslində qulaqları mikrob, toz və s.-dən qoruyur.
Artıq qulaq kiri özü-özündən qulaqlardan xaric olur və onu barmağa təmiz salfet və ya dəsmal dolayıb qulaqdan ehtiyatla təmizləmək olar. Qulağı daha “dərin” təmizləmək üçün kibrit, sancaq, qulaq çöplərindən istifadə etmək çox təhlükəlidir ki, bu iltihab və hətta təbil pərdəsinin zədələnməsinə gətirib çıxarda bilər.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirr ki, Böyük Britaniyada yaşayan bir kişi qulaqlarını qulaq çöpü ilə təmizləyərkən pambığın kiçik hissəsi qulağında qalıb. Nəticədə qulaqda iltihab yaranıb, irinli proses başlayıb.
Daha sonra infeksiya kəllə sümüklərinə yayılıb və oradan beyin qişalarına çatıb. Nəticədə kişidə bayılma və qıcolmalar inkişaf edib.
Koventri Universitet klinikasına çatdırılan xəstə müayinə olunub və məlum olub ki, pambığın mikroskopik hissəsi çox ciddi iltihaba səbəb olub. Həkimlər qeyd ediblər ki, infeksiya beyinə yayılsaydı xəstə iflic ola və hətta ölə bilərdi.
Saglamolun.Az