Загрузка...

Heyvan dişləməsi zamanı MÜALİCƏ. Bunu hamı bilməlidir!

Heyvan dişləməsinin əsas təhlükələri yerli irinli prosess, sepsis (qana infeksiyanın düşməsi), quduzluqdur (ağır infeksion xəstəlik).

İstənilən heyvandan (canavar, tülkü, it, pişik, inək, qoyun, siçovul və s.) insana quduzluq virusu keçə bilər. Bu virus dişlənmə zamanı xəstə heyvandan insana keçir. İnsandan insana virus keçmir.

Heyvan üz, boyun, baş nahiyəsindən dişləyibsə, bu xüsusilə təhlükəlidir.

Quduzluq virusuna yoluxmuş insan müalicə olunmadığı təqdirdə 100% hallarda həlak olur. Bu səbəbdən belə hallarda insan dərhal həkimə müraciət etməli və lazım olan xüsusi müalicə kursu  almalıdır.

Müalicə

İlk növbədə yaranı axar suyun altında sabunla 5 dəqiqə ərzində yumaq lazımdır. Daha sonra yaranın qıraqlarına yod, spirt və s. kimi antiseptiklər sürtülür, yaraya steril sarıq qoyulur.

Bundan sonra insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Xəstəxanada yara işlənilir və lazım olduqda (bu yaranın yerləşməsindən, dərinliyindən və s. asılıdır) onun içinə və ətrafına immunoqlobulin iynəsi vurulur.

Daha sonra xəstəyə quduzluq əleyhinə vaksin vurulur. Vaksin ən çox 6 dəfə müəyyən sxem üzrə (1-ci, 3-cü, 7-ci, 14-cü, 30-cu və 90-cı gün) qola vurulur.

Vaksin vurulandan sonra xəstə ən azı 30 dəqiqə ərzində tibb işçilərinin nəzarəti altında qalmalıdır.

Müalicə kursundan sonra xəstəyə vaksinin tip və seriyası qeyd olunan arayış verilir.

Vaksindən əlavə xəstəyə antibiotik təyin olunur.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /317

Яндекс.Метрика