26 yaşlı qadın həkim səriştəsizliyinin qurbanı olub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Brazilyada yaşayan 26 yaşlı Angela Pedrosa adlı qadının omba böyütmə əməliyyatından sonra bədən quruluşu eybəcər hal alıb.
Belə ki, modelin ombasına yerləşdirilən silikondan bədəninə infeksiya düşüb və həkimlər onu çıxartmaq məcburiyyətində qalıblar.
Silikon çıxarıldıqdan sonra qadının budlarında iri dəlik əmələ gəlib. Rio de Janeyro şəhərindəki xəstəxanaların birində 2 ay müdətində müalicə alan qadın ikinci dəfə əməliyyat olunub.
Şəkillərini sosial şəbəkədə paylaşan qadın omba əməliyyatı etdirdiyinə görə peşman olduğunu bildirib və qadınları belə əməliyyatlardan çəkinməyə səsləyib.
Qeyd edək ki, Angela Pedrosa ailəlidir, 3 övladı var.
Saglamolun.Az