Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report.az istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar.
Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Əməliyyat ediliblər.
Qeyd edək ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
Saglamolun.Az