Загрузка...

Zob qadın problemlərinə səbəb olur

Ginekoloji problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol oynayır.

Belə ki, qalxanabənzər vəzi orqanizm üçün çox mühüm, metabolizmə birbaşa nəzarət edən hormonlar ifraz edir.

Azertag.az bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinoloqu Əli İbrahimov universitetin mətbuat xidmətinə bildirib.

Qalxanabənzər vəzi disfunksiyası ilə bağlı ortaya çıxan ginekoloji problemlərdən danışan həkim deyib: "Belə problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol oynayır. Ginekoloji problemlərə sonsuzluq, dölün inkişafdan qalması, süni abort və vaxtından qabaq doğuşların baş verməsi aid edilir. Qalxanabənzər vəzin funksional pozğunluqlarına aid edilən hipertireoz və hipotireoz hallarında bir sıra məqamlara diqqət yetirilmək mütləqdir. Hipertireoz-qalxanabənzər vəzi hormonlarının həddindən çox ifraz olunmasıdır. Hipertireozun əlamətləri-ürəkdöyüntü, iştahanın artmasına baxmayaraq arıqlama, əzələlərdə zəiflik, saç tökülməsi, əsəbilik, tərləmənin artması, yuxusuzluq, ishal, aybaşı dövrlərinin pozulması, ekzoftalm (gözlərin irəli doğru qabarması), istiyə qarşı dözümsüzlük, libidonun azalmasıdır. Bəzi hallarda sadaladığımız əlamətlərin heç biri müşahidə edilməsə də, təsadüfi yoxlama zamanı disfunksiya aşkarlanır. Belə hal asimptomatik formada müşahidə edilir.

Hipotireoz isə qalxanabənzər vəzi hormonlarının normadan az ifraz olunmasıdır. Hipotireozun əlamətləri isə yorğunluq, halsızlıq, üşümə, diqqət dağınıqlığı, yaddaş zəifliyi, iştahanın azalmasına baxmayaraq çəkinin artması ,dəridə quruluq, saçda quruluq və tökülmə, dırnaqların qırılması, səsin dəyişməsi, qəbizlik, aybaşı dövrünün pozulmaları aid edilir.

Diaqnozu dəqiqləşdirmək üçün hormonal analiz, ultrasəs müayinəsi və endokrinoloqun baxışı mütləqdir. Müntəzəm olaraq, hər bir qadın bu tip yoxlamalardan keçməklə hazırda çox geniş yayılmış olan sonsuzluq və digər ginekoloji problemlərin həllində çox mühüm rol oynaya bilər".


Saglamolun.Az

.
Загрузка...
. .

.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика