Spirtli içki qəbul edən kişilərdə süd vəziləri böyüyə bilər.
Buna jinekomastiya da deyilir. Jinekomastiyanın meydana gəlməsinin əsas səbəbi hormonların balanssızlığı, xüsusən də testosterona nisbətən estrogen hormon səviyyəsinin artmasıdır.
Alkoqol istehlakı da jinekomastiya üçün məlum risk faktorudur. Çünki spirtli içki qəbulu bədəndə hormonal balansı poza bilər. Bundan başqa, spirtli içki çəki artımına səbəb ola bilər ki, bu da jinekomastiyanın inkişafına təkan verən səbəblərdəndir.
Süd vəziləri böyüyən kişilər mütləq həkimə müraciət etməlidirlər. Əks halda bu problem daha ciddi hal ala bilər.
Jinekomastiya xüsusi dərmanlarla, cərrahi üsulla və ya alkoqol istehlakının azaldılması kimi həyat tərzi dəyişikliyi ilə müalicə edilir.
Sevinc Hüseynova
Saglamolun.Az