İnsanın əlləri onun sağlamlığından və hətta bəzi xəstəliklərin riskindən xəbər verə bilər.
Belə hesab olunur ki, insanın əlinin içi nə qədər enlidirsə, sağlamlığı da o qədər möhkəmdir.
Saglamolun.az bildirir ki, barmaqları qısa, əllərin içi enli olan insanlar tez-tez yüksək təzyiqdən əziyyət çəkir.
Əlləri nazik, barmaqları uzun olan insanların sinir sistemi çox həssas olur, onlarda tez-tez meteohəssaslıq müşahidə olunur, streslərə davamsız olurlar.
Əl içi kiçik olan insanlar vegetativ sinir sisteminin həssalığı ilə seçilir, onlar tez-tez hipotoniya (aşağı təzyiq), bağırsaq problemlərindən əziyyət çəkir.
Əl içi "ətli" olan insanlar tez-tez qan dövranı problemlərindən əziyyət çəkir. Onlarda maddələr mübadiləsi zəif olur, qalxanvari vəzi problemləri mümkündür.
Saglamolun.Az