Binə ticarət mərkəzində dəhşətli yanğın - Xəsarət alanlar var - VİDEO

8 oktyabr 2019-ci il saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

***

Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

***

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Qaradağ Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov “Binə” ticarət mərkəzində yanğının baş verdiyi hadisə yerinə gəliblər.

Onlara mövcud vəziyyətlə bağlı məlumat verilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranmış qısaqapanmadır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...

 


Яндекс.Метрика