Cəlilabadda batareya udan azyaşlı ölüb

Cəlilabadda 2 yaşlı uşaq batareya udaraq dünyasını dəyişib.

Report.az xəbər verir ki, hadisə rayonunun Göytəpə kəndində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Ağayev İbrahim Xalid oğlu yerdən götürdüyü köhnə batareyanı udub.

Yaxınlarının bildirdiyinə görə, martın 16-da baş verən bu hadisədən kimsənin xəbəri olmayıb. Uşağın günü-gündən zəiflədiyini və halının pisləşdiyini görən doğmaları onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar. O vaxt artıq gec olub. Uşaq ötən gün Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim ailənin üçüncü övladı olub.

Saglamolun.Az