Kələmin qızıldan qiymətli faydaları. Hər gün yeyin!

Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.

Saglamolun.az xəbər verir ki, qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.

Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.

1. Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir.

2. Podaqra, oynaq xəstəliklərindən əziyyət çəkənlər mütləq kələm yeməlidir ki, bu tərəvəz orqanizmdə sidik turşusunun səviyyəsini aşağı salır. Məhz sidik turşusunun səviyyəsinin artması bir çox oynaq xəstəliklərinin əsas səbəbidir.

3. Kələm güclü iltihabəleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın səviyyəsini aşağı salır.

4. Kələm xərçəngdən qoruyur. Bu xüsusilə süd vəzi xərçənginə aiddir.

5. Qida lifləri ilə zəngin olduğundan kələm bağırsaqları çox yaxşı təmizləyir, qəbizliyi müalicə edir.

6. Kələm ürək və damar xəstəliklərinin riskini azaldır, xolesterinin səviyyəsini və arterial təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.

7. Kələm dərini gözəl, təmiz və sağlam edir.

Kələmdən maksimum fayda almaq üçün onu çiy halda salatlara əlavə etmək lazımdır.  

Saglamolun.Az




loading...

HƏKİMLƏR

Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...

Usaqlıq boynu eroziyası və xərçəngi

 


Яндекс.Метрика