Bakıda faciə: ana və üç övladı öldü

Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.

Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə  və Əsgərli Zəhra dəm qazından boğulublar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Saglamolun.Az