Meyvə və tərəvəzləri 15 dəqiqə sodalı suda saxlayın. Görün nələrdən qorunacaqsınız!

Meyvə və tərəvəzləri müxtəlif ziyanvericilərdən, alaq otlardan və xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən - pestisidlərdən istifadə olunur.

Elmdə çoxdan sübut olunub ki, bütün pestisidlərin kanserogen (xərçəng yaradan) təsiri var. Onlar xüsusilə uşaqlar və hamilə qadınlar üçün ziyanlıdır.

Pestisidlər şəkərli diabetin, piylənmənin, sonsuzluğun riskini artırır, ana bətnində olan uşaqlarda müxtəlif pozulmaların və qüsurların inkişafına səbəb olur.

Masaçusets Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, adi ucuz sodadan istifadə etməklə meyvə və tərəvəzləri pestisidlərin 96%-dən təmizləmək mümkündür.       

Saglamolun.az xəbər verir ki, bunun üçün meyvə və tərəvələri əvvəl adi suda yuyun, sonra sodalı suda (1 l suya + 1 x.q. soda) 15 dəqiqə saxlayın, ən sonda isə axar su ilə yaxalayın.

Araşdırma göstərib ki, soda məhlulu xüsusi dezinfeksiya edici məhlullardan daha effektlidir.

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 25 il

Ətraflı...
Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика