Boynunuzu ölçün və... SAĞLAMLIQ TESTİ

Alimlərin fikrinə görə, boynun çevrəsi insan sağlamlığından xəbər verir.

Normada boynun çevrəsi qadınlarda 34,5 sm, kişilərdə - 38,8 sm qədər olmalıdır. Mütəxəssislər sübut edir ki, bu ölçüləri olan insanlarda bir çox xəstəliklərin riski xeyli aşağı olur. Əksinə çevrənin artması bəzi çox ağır xəstəliklərin riskini artırır.

Bu xəstəliklər arasında:

- şəkərli diabet

- hipertoniya (yüksək təzyiq)

- ürək-damar sistemi xəstəlikləri

- infarkt

- yuxunun obstruktiv apnoe sindromu (yuxuda nəfəsalmanın müvəqqəti dayanması ilə müşayiət olunan ciddi pozulma. Bəzi ağır hallarda yuxunun obstruktiv apnoe sindromu hətta insanın yuxuda ani  ölümünə səbəb ola bilər.)

- piylənmə

Boynun çevrəsini ölçdükdə boynun ən nazik hissəsi ölçülür.

 

Məlumat həkim Andrey Beloveşkinin saytından götürülüb (beloveshkin.com).

Saglamolun.Az