Gürcüstanda qrip virusu geniş yayılıb. Son statistik məlumatlara görə, orta hesabla hər 100 min nəfərdən 276-sı qripdən əziyyət çəkir.
AZƏRTAC bildirir ki, bu məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkkrelidze açıqlayıb. O deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95 faizini H1N1 virusu - donuz qripi təşkil edir.
Amiran Qamkkrelidzenin sözlərinə görə, donuz qripindən ölənlərin sayı 6 nəfərə çatıb. Ölüm faktlarının 4-ü Acarıstan Muxtar Respublikasında, 1-i Tiflisdə, 1-i isə Kutaisidə qeydə alınıb.
Saglamolun.Az