Загрузка...

Heyvanlar xəstəliklərin diaqnozlarını qoyur! Çox maraqlı faktlar

Kaliforniya və Ayova Universitetlərində (ABŞ) çalışan alimlər yaxınlarda göyərçinlərin iştirakı ilə maraqlı eksperiment aparırdılar.

Məlum oldu ki, göyərçinlər şəkilləri yadında saxlamaq və ayırmaq qabiliyyətə malikdir. Quşlar 2000 kimi şəkil yadında saxlayırlar.

Göyərçinlər xüsusi "təlim" alıblar - tədqiqatçılar onlara histoloji analizlərin rəngli və ağ-qara şəkillərini göstərirdilər. Şəkildə bədxassəli şiş olduqda, quş mavi düyməni, xoşxassəli şiş olduqda, sarı düymənı sıxırdı. Düzgün cavab verdikdə göyərçinə yem alırdı. Bir müddətdən sonra quşlar şəkilləri ayırmağı və düzgün "diaqnoz" qoymağı öyrəndilər.

Quşlar mammoqrammanı "oxumaqda" xüsusilə böyük uğurlar əldə ediblər. Quşlar 72% hallarda mikrokalsinatları şiş toxumasından düzgün seçirdilər. Həkimlərdə bu nəticə 70% təşkil edirdi.

Tədqiqatçılar yaxınlarda göyərçinlərin diaqnostikada istifadə etməsini istisna etmir.

İtlərin çox güclü iybilmə qabiliyyəti var. Bu səbəbdən itləri partlayıcı və narkotik maddələrinin axtarışında istifadə edirlər. Lakin yaxınlarda araşdırmalar nəticəsində məlum oldu ki, itlər iybilmə qabiliyyətindən istifadə edərək... xərçəngi də "tapa" bilirlər.

Belə ki, Arkanzas Universiteti (ABŞ) alimləri xüsusi eksperiment aparırdı. Bu eksperimentdə xüsusi öyrədilmiş itlər xəstənin iyindən qalxanvari vəzi xərçəngini tapırdılar.

Bundan əlavə xüsusi təlimdən sonra itlər şəkərli diabet xəstələrində hipoqlikemiyanı (qanda şəkərin kəskin düşməsi) "aşkar edirdilər". "Diaqnostika" 90% hallarda dəqiq idi.

Siçanların "quş qripi" aşkar etmək qabiliyyəti var.

Yaponiya alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, nematod qurdları insan orqanizmində 9 müxtəlif xərçəng növünün (ağciyər, mədəaltı vəzi, süd və zi və s.) olmasını aşkar edə bilir. Alimlər qurdlara 2 sınaq şüşəsində xərçəng və sağlam hüceyrələri "təqdim edirdi". İybilmə qabiliyyətindən istifadə edərək qurdlar məhz xərçəng hüceyrələri təyin edirdi və bu şüşəyə tərəf hərəkət edirdi.

Nematod qurdları xəstələrin sidiyində də xərçəngi aşkar edirdi.

Alimlərin fikirinə görə, nematodların iştiraki ilə xüsusi test 2019-cu ildən başlayaraq xəstəxanalarda istifadə olunacaq.

Afrikada siçovullar vərəmin diaqnostikasında istifadə olunur.

Mənbə: medportal.ru


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика