""WhatsApp"-da sizə DSMF-ilə bağlı gələn mesajları açmayın, spamdır".
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.
Qeyd edək ki, dünən axşam saatlarında "WhatsApp" sosial şəbəkəsində "1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüquqüna malikdirlər. Adınızın bu müavinəti almaq haqqı olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın" mesajı yayılıb və link əlavə edilib.
Saglamolun.Az