Cərrah-transplantoloq Elnur Fərəcov qonağı olduğu "Xeyirli axşamlar" verilişində maraqlı açıqlamalar verib.
Olke.az bildirir ki, orqan köçürməsi prosesindən danışan mütəxəssis köçürmə zamanı donorun sağlamlıq durumunun xüsusi yoxlanıldığını diqqətə çatdırıb. Həkimin açıqladığı bir fakt isə verilişin digər qonaqlarının da təəccübünə səbəb olub:
"Əksər hallarda yaşlı insanlar, valideynlər orqanlarını öz övladlarına bağışlayırlar. Ancaq bir müddət öncə bir xəstəmizə həm qaraciyər, həm də böyür köçürdük. Ciyərini oğlu, böyrəyini qızı verib. Həmin şəxs hazırda özünü yaxşı hiss edir, sağlamlığına qovuşub".
Saglamolun.Az