Qaraciyəri təmizləyən TƏRƏVƏZ: Yarpaqlarını və köklərini....

Qaraciyəri təmizləyən və bərpa edən tərəvəzlərdən biri də ənginardı.

Publika.az xəbər verir ki, ənginar qaraciyərin fəaliyyətini yaxşılaşdırır, təmizləyir və hüceyrələri bərpa edir. Bu, tibbdə təsdiq olunmuş faktdır. Məhz bu səbəbdən dünya əczaçılığında ənginarı, onun yarpaqlarını və köklərini müxtəlif qaraciyəri bərpa edən təbii dərmanların tərkibinə daxil edirlər.

Ənginar öd kisəsinin fəaliyyətinə və sağlamlığına olduqca müsbət təsir edir - ödqovucu effekt verir, öd kisəsində durğunluğu aradan qaldırır, öd kisəsinin iltihabının qarşısını alır.

Təsdiq olunub ki, bu tərəvəzin müntəzəm qəbulu orqanizmi toksinlərdən, ağır metalların duzlarından, nitratlardan və s. ziyanlı maddələrdən təmizləyir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...