"Azərbaycanın daxili dərman bazarında vəziyyət heç də ürəkaçan deyil”.
Bunu Sherg.az-a Tibb elmləri doktoru, həkim Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, Azərbyacanda dərman bazarının sağlamlaşdırılmasına ehtiyac var:
"Dünyanın orta səviyyəli inkişaf etmiş ölkələrində dərman təhlükəsizlik konsepsiyası var. Onun tərkibini də ölkənin idxal etdiyi dərmanlar təşkil edir. Azərbaycanda isə Ümumdünya Səhiyyə Təşkilatına(ÜST) uyğun olmayan ikinci ölkələrdən gələn, şübhəli tərkibi olan, normal standarlara uyğunsuz dərmanlarla qarşılaşırıq. Bunlar ölkəmizə necə gətirilir? Bunu sadə insan yox, dövlət strukturları səhiyyəmizə daxil edir.
Düşünürəm ki, Azərbaycanda dərman bazarının sağlamlaşdırılması üçün əsaslı işlər getməlidir. Və ölkəmizə (ÜST) reyestrlarının ixrac etdiyi dərmanlardan başqa hər hansısa bir məhsullar idxal olunmamalıdır. Daxili istehsala gəldikdə də burada əsas yeri başqa dövlətlərlə müştərək istehsal edilən dərmanlar tutur. Ölkəmiz İranla ortaq dərman hazırlayır. Amma bunu düzgün hesab etmirəm. Azərbaycan nə üçün Böyük Britanya, Almaniya kimi inkişaf etmiş dövlətlərlə birgə dərman istehsal etmir?
Ən azından daxildə hazırlanan dərmanlar Avropa standartlarına uyğun olar. Məncə, bu sahədə kooperativ maraqlara üstünlük vermək olmaz. Milli maraqlar önə çəkilməlidir və bu sahəyə dünya səviyyəsindən yanaşmaq lazımdır”.
Saglamolun.Az