Загрузка...

Vanil - həm ədviyyat, həm də dərman


Bu ətirli ədviyyat bütün dünyada tanınır. Vanil müxtəlif mətbəxlərdə şirniyyatlara, içkilərə, hətta ət xörəklərinə əlavə olunur.

Bu ədviyyat sarmaşan bitki liana nəslindən alınır. Əsl vanil uzun tünd qəhvəyi rəngdə borucuqlar şəklindədir. Vanil üyüdülür, yeməklərə və şirniyyatlara əlavə olunur. Əsl vanil çox bahalıdır. Bu səbəbdən bir çox hallarda onun ucuz analoqu - vanilin istifadə olunur. Vanilinin qoxusu təbii vanili xatırladır. Lakin vanilin təbii ədviyyatın müsbət xüsusiyyətlərindən məhrumdur.
Təbii vanil tək ədviyyat deyil, bu həm də müalicəvi vasitədir. Vanil güclü antidepressant xüsusiyyətlərinə malikdir. Vanilin qoxusu orqanizmdə "xoşbəxtlik hormonu" adlandırılan serotoninin ifrazını artırır. Nəticədə insanın əhval-runiyyəsi yaxşılaşır, yorğunluq, stress, həyacan azalır. Vanilin insanın əqli fəaliyyətinə də müsbət təsir edir, yaradıcılığı stimullaşdırır.  
Aromalampaya 1-2 damcı aromatik vanil yağını damızdırın və ya vanil yağı ilə vanna qəbul edin. 5 damcı vanil yağını 100 qr südə əlavə edib yaxşı qarışdırın və sonra bu  qarışığı vannaya əlavə edin. Belə vannanı 15 dəqiqə ərzində qəbul edin. Stress və depressiya zamanı belə müalicəvi vannalar çox yaxşı kömək edir.    
Alimlərin fikirinə görə, təbii vanil orqanizmdə xərçəng hüceyrələri ilə mübarizə aparır.
Vanil qədim zamanlardan ən güclü afrodiziaklardan biri sayılır. Bu o deməkdir ki, vanilin qoxusu cinsi meyli artırır.  
Vanil kosmetologiyada çox geniş istifadə olunur. Vanil yağı dəriyə, saçlara çox müsbət təsir edir, dərini cavanlaşdırır, nəmləndirir, tonuslaşdırır, daha dartılmış və hamar edir. Ev şəraitində bir neçə damcı vanil yağını üz və ya bədən kreminə, skraba, losyona, şampuna əlavə etmək olar.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика