Akupunktura nədir?

Akupunktura - metal  iynələrin təsiri  və ya  yandırma yolu ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir ilə aparılan müalicə metodudu.

Bu üsul - bir çox xəstəliklərin müalicəsinin  effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir.

İynələrlə aparılan bu müalicənin vətəni Çindir. Bu gün artıq Çindən əlavə, Avropa, Amerika və Rusiiyada  bir çox tədqiqat institutları yaradılmışdır ki, onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq edirlər.

Akupunktura - fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər insanın hər hansı bir orqanı  zədələnibsə, bu o deməkdir ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir.

İynə batmasının akkupunktura nöqtələrinə təsiri...

İnsan bədənində 664 nöqtə vardır. Həkim bu nöqtələr arasında seçimi xəstəliyin xüsusiyyətinə görə edir. Bu aktiv nöqtələr dərinin digər yerlərindən öz yüksək səviyyəli mübadilə prossesi, daha yüksək ağrı hissiyatı, daha yüksək elektirk potensial və elektrikə az müqaviməti olması ilə seçilirlər. Akupunktura üçün bir dəfəlik steril iynələr istifadə olunur. Akupunkturanın ayrılmaz hissəsi olan nəbz diaqnostikasına sayəsində - xəstəliyin əmələ gəlməsini, orqanizmdə yayılmasını və əlamətlərini izləmək mümkündür. Məhz nəbz diaqnostikası insanın enerji ehtiyatı sisteminin nə vəziyyətdə olmasını öyrənməyə imkan yaradaraq, müalicə prosesinə yanaşmanı müəyyən etməyə kömək edir

Bu müalicə növünə adətən dərman terapiya sı kömək etmədikdə və ya zəif etdikdə əl atılır. Adətən bu sümük, oynaq, periferik  sinirlər, məhz miqren, artroz, nevralqiya və artitonevritlərə aid edilir. Həmçinin bu üsul mərkəz sinir sitemi pozulmalarında, impotensiyanın müalicəsində, depressiya və arıqlamaq üçün istifadə olunur.

1980 - cı ildə Ümumdünya Səhiyyə Təşkilatı akupunktura metodu ilə malicə olunan xəstəlilərin siyahısını dərc etmişdir. Bu siyahıyay 43 xəstəlik daxil edilib. İçərisində hepatit, xərçəng, hipertoniya. allergiya və sateroskleroz kimi ağır xəstəliklər də sadalanır.

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика