2015-ci ildə Böyük Britaniya sakini Kelli Berndredin çəksi 190 kq təşkil edirdi.
Daim artıq çəkidən əziyyət çəkən və bu səbəbdən xroniki stres vəziyyətində olan qadın arıqlamağa qərar verib.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, müstəqil şəkildə arıqlaya bilmədiyi üçün Kelli mədə rezeksiyası əməliyyatından keçib və tez bir zamanda 100 kq artıq çəkidən azad olub.
Əvvəl bu qadında xoşbəxtlik və eyforiya hissi yaratsa da daha sonra qadın ağır depressiyaya düşüb. Bunun səbəbi kilolarla artıq dərinin olması idi. Həmçinin arıqladıqdan sonra qadının saçları tökülməyə başladı ki, bu da depressiyanı daha da dərinləşdirdi.
Nəticədə cavan qadın intihar edib.
Saglamolun.Az