Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməlidir

Müasir dövrdə yüksək təzyiq, hipertoniya çox yayılıb. Yüksək təzyiq orqanizmə olduqca mənfi təsi edir, insult, infarkt, böyrək xəstəliklərinin riskini artırır, həyatı qısaldır.

Saglamolun.az “Здоровье” jurnalına istinadla bildirir ki, kardioloqlar yüksək təzyiqdən əziyyət çəkənlərə gündəlik olaraq bu kimi məhsulları yeməyi tövsiyə edirlər:

  • Yulaf yarması (“herkules”) – 1 boşqab sıyıq
  • Çuğundur (100-150 qr bişmiş çuğundur)
  • Limon
  • Sarımsaq (gündə 1-2 diş)
  • Qatıq (1 kasa)
  • Mərci
  • Kartof (1 bişmiş kartof, duzsuz)   
  • Badam (gündə 1 ovuc)

Bütün bu məhsullar təzyiqi tənzimləməyə yardım edir, yüksək təzyiqin orqanizmə olan mənfi təsirlərini azaldır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...