Dörd ildə 156 kiloqram çəkidən 93 kiloqrama düşən aktrisa çətin günləri haqqında açıqlama verib.
Publika.Az xəbər verir ki, Türkiyədə yayımlanan "Çox gözəl hərəkətlər" layihəsi ilə efirə çıxan aktrisa Pelin Öztekin uzun müddət kilo problemi yaşadığını deyib:
"2012-ci ildə çəkim 100-120 kilo arasında dəyişirdi. Rekord göstəriciyə isə 2013-cü ildə çatdım. Nə az, nə çox 156 kilo. İbtidai sinifdə oxuyan zaman o qədər kök uşaq olmamışam. Amma tələbəlik dövründən başlayaraq çəkidə həmyaşıdlarımdan fərqlənməyə başladım. Beləliklə bu çəkiyə qədər gəlib çatdım".
27 yaşlı aktrisa normal pəhrizlərlə arıqlaya bilmədiyi üçün mədəkiçiltmə əməliyyatına gedib:
"Mədə kiçiltmə əməliyyatına girdim. 27 yaşımda bir səhər oyandım ki, artıq ovuc-ovuc dərmanlar içirəm. o gün dedim, iki seçimim var: ya ömrümün geri qalanının əlimdə saxlayacam, ya da 50 il yaşasam şükr edəcəm. Əlbəttə yaşamaq üçün mübarizə apardım. 4 ildən sonra artıq çəkim 93 kiloya düşdü. İlk vaxtlarda saçım tökülməyə başladığı üçün çox narahat idim. Depressiyaya düşürdüm. Amma sonradan bütün bunlar qaydasına düşdü. Artıq çəkilərimlə və böyükbədən geyimlərimlə belə vidalaşdım".
Aktrisa indi də çox yediyini, lakin qida rasionuna xüsusi diqqət etməklə sağlam həyatına davam etdiyini deyib.
Saglamolun.Az