Загрузка...

25 yaşlı gənci görənlər 12 yaşında olduğunu zənn edir

Polşada yaşayan 25 yaşlı Tomas Nadolski xəstəliyi ucbatından 12 yaşında görünür.

Bizimyol.info bildirir ki, Tomas yeddi yaşında ikən "Fabry" adlı xəstəliyə tutulub. Məktəbdəki uşaqların onu ələ saldığını deyən T.Nadolski görünüşündən nifrət etdiyini bildirib:

"25 yaşımdayam və həmin yaşda görünmək istəyirəm. Hər gün aynada gördüyüm uşaqdan nifrət edirəm. Çünki o mən deyiləm..."

O həmçinin həkimlərin xəstəliyinə diaqnoz qoya bilmədiklərini, problemin fiziki deyil, zehni olduğunu düşündüklərini qeyd edib. Deformasiyaya uğrayan ayaqları üçün xüsusi ayaqqabı geyinən Tomas, xəstəliyinə görə hər gün saatlarla sistem qəbul etmək məcburiyyətindədir. O bildirib ki, yaxınları və qohumları onunla uşaq kimi rəftar edirlər:

"Evdə olanda sadəcə otağımda otururam və yalnız qalmağı üstün tuturam. Uzun illərdir ailəmin dəstəyindən uzağam və özümü yalnız hiss edirəm".
Qeyd edək ki, "Fabry" vücudun böyrəklər, ürək və dəri də daxil olmaqla bir çox hissəsini məhv edən xəstəlikdir və orqanizmdə "globotriaosylceramide" adlı yağın yığılmasından qaynaqlanır.


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика