Adi su bu yayılmış qadın xəstəliyindən xilas edir

Sidik kisəsi infeksiyaları qadınlar arasında çox yayılmış pozulmadır.

Bunun fizioloji səbəbləri var. Kişilərdən fərqli olaraq qadınların sidik kanalı daha qısadır və daha "təhlükəli" bölgədə yerləşir ki, bu da infeksiyaların kanala düşməsinin riskini xeyli artırır. Kanala düşmüş infeksiya sidik kisəsinə yayılaraq burada sistitin (sidik kisəsi iltihabı) inkişafına səbəb olur.

Alimlər sübut edirlər ki, qadınlarn 50%-dən çoxu sidik kisəsi infeksiyalarından əziyyət çəkir. Həmçinin bu infeksiyalar il ərzində eyni qadında bir neçə dəfə təkrarla bilər. Sidik kisəsi infeksiyaları özünü bu kimi  simptomlarla büruzə verir: sidik ifrazı zamanı yandırma hissi, ağrılar, spazmlar.   

Amerika alimləri yeni elmi araşdırma nəticəsində belə qərara gəliblər ki, gündəlik 1,5 l adi suyun istehlakı sidik kisəsi infeksiyaların təkrarlanmasının riskini yarıdan çox azaldır.

Saglamolun.az EurekAlert!-ə istinadla xəbər verir ki, suyun kifayət miqdarda istehlakı orqanizmdə və o cümlədən sidik kisəsində ziyanlı mikrobların sayını azaldır. Nəticədə infeksiyanın riski də azalır.    

Saglamolun.Az

............




Загрузка...
loading...

 

 

Epigen. İntim gigiyenada ideal seçim
Загрузка...

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика