Moskvada yaşayan 39 yaşlı qadın uzun illər ərzində hamilə qala bilmirdi.
Bunun səbəbi ikili uşaqlıq idi. Bu nadir patologiyadan əziyyət çəkən qadınlar adətən sonsuz olur.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, sonsuzluqla barışan qadın gözlənilmədən hamilə qalıb və bir neçə gün bundan əvvəl 2 sağlam uşaq dünyaya gətirib.
Həkimlər qeyd edir ki, yumurta hüceyrələri hər uşaqlıqda ayrı-ayrılıqda mayalanıb və inkişaf edib. Həkimlər bunu "əsl möcüzə" adlandırıblar.
Uşaqlar qeysəriyyə kəsiyi nəticəsində dünyaya gəlib. Oğlanın çəkisi 3260, qızın çəkisi 2650 qr olub.
Əməliyyatın texniki tərəfdən çətin olduğuna baxmayaraq həkimlər hər 2 uşaqlığı saxlaya bilib. Gələcəkdə qadın yenə ana ola biləcək.
Saglamolun.Az