Yaz qabağı immunitetinizi indidən gücləndirin

İmmun sisteminin normal işləməsi insanın ümumi sağlamlığında çox böyük rol oynayır.

İmmun sistemi bizi tək xaricdən gələn mikrob və viruslardan deyil, daxildə əmələ gələn problemlərdən, o cümlədən xərçəng xəstəliklərdən qoruyur. Bu səbəbdən immun sistemi daim "döyüşə" hazır olmalıdır.

Qışda vitamin və mineralların çatışmazlığı, gün şüalarının az olması nəticəsində immun sistemi zəifləməyə başlayır. Bu səbəbdən yaz başlayanda bir çox xəstəliklər kəskinləşir, orqanizm infeksiya və mikroblara qarşı daha davamsız olur, insanlar tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutulur.

İmmun sisteminizi yaz qabağı indidən  gücləndirin. Bunun üçün çox sadə üsullar mövcuddur:

1. Fiziki aktivliyinizi artırın. Elmdə sübut olunub ki, fiziki aktivlik immun sistemini gücləndirir. Hər gün açıq havada gəzin, yüngül fizki hərəkətlər edin və s.

2. Daha çox yatmağa və dincəlməyə çalışın. Gecə yuxusu zamanı immun sistemi bərpa olunur.

3. Qidalanmanızda mütləq yerli mövsümi meyvə və tərəvəzlər, göyərtilər olmalıdır.

4. Süd məhsulları immun sistemi üçün çox faydalıdır.

5. Zülalllarla zəngin olan qidaların (ət, balıq, yumurta) qəbulunu artırın.  Zülallar immun sisteminin hüceyrələri olan immunoqlobulinlərin tərkibinə daxildir. Bu səbəbdən qidalanmada zülalların  azalması immun sisteminin zəifləməsinə səbəb olur.

6. Xalq təbabəti vasitələrdən istifadə edin:

- İtburnu dəmləməsi çox faydalı multivitamin içkidir. 3 x.q. itburnu yaxşı yuyulur, əzilir, termosa tökülür. Üzərinə yarım l qaynar su tökün, axşamdan səhərə qədər dəmləyin. Növbəti gün adi çay kimi için.

- 100 qr təzə zəncəfil, yarım stəkan bal, 200 qr badam, 1 limon, 200 qr qara kişmiş götürülür. Zəncəfil təmizlənir, badam, qabıqlı limon (çəyirdəkləri çıxardın) və kişmişlə blenderdən keçirilir, bal əlavə olunur. yaxşı qarışdırırlır. Qarışığı soyuducuda saxlayın və hər gün səhər acqarına 1 x.q. olmaqla qəbul edin.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика