"Həyatımı bədbin yaşamaq niyyətim yoxdur. Atam, anam məni çox sevir, mən də onları. Rəfiqələrim də var. Belədirsə, niyə ruhdan düşməliyəm ki?! Model olmaq istəyirəm".
Bunu balaca Deysi deyir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 7 yaşlı Deysi Mey Demetrinin ayaqları amputasiya olunub. O, ayağını 18 aylıq olanda itirib. 6 ay əvvəl model karyerasına başlayan "London Fashion Week"də altı ay əvvəl debüt edib.
Hər iki ayağının amputasiyasına, protezlər üzərində yeriməsinə rəğmən Deysi-Mey Demetri həyatını normal yaşadığını deyir.
Hədsiz yaşam enerjisi olan qızcığazda anadangəlmə çanaq hemieliyası vardı. Bu xəstəlik çox nadirdir və sadəcə, hər 40 min uşaqdan birində rast gəlinir.
Deysi hələ anasının bətnində olanda ultrasəs müayinəsi zamanı onun xəstəliyi aşkarlanmışdı. Ayaq sümüklərində fibulalar olduğundan həkimlər Deysinin həyatını xilas etmək üçün amputasiya əməliyyatını gerçəkləşdirmişdilər.
Deysi 18 aylıq olanda onun ayaqları kəsilmişdi.
Qızın valideynlərinin - 35 yaşlı Aleks Demetrinin və 36 yaşlı Kler Ridin dediklərinə görə, onlar çox ağır durumda idilər.
"Şokda idik. Günlərlə ağladım, nə edəcəyimi bilmirdim. Lakin sonra sanki ayıldıq, qərara gəldik ki, qızımızı tam sağlam uşaq kimi böyüdək. Deysi indi yaşıdları ilə oynayır, deyir-gülür, adi məktəbə gedir", - Kler Rid deyib.
Demetrilər ailəsi İngiltərənin Birmingem qraflığındakı Nortfild şəhərində yaşayırlar.
Deysinin qardaşları - 17 yaşlı Morqam və 12 yaşlı Çarli, habelə 10 yaşlı bacısı Ellanın dediklərinə görə, balaca model məşhur olmaq niyyətindədir.
Saglamolun.Az