Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...

Türkiyəli pediatr, endokrinoloq Oya Duran Pembenar uşaqlarda rast gəlinən iştahasızlıq, dırnaq qırılması, ağız yarası və tez-tez səbəbsiz ağlamanın əsas səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, hər üç uşaqdan birində dəmir çatışmazlığına rast gəlinir. Həkim qeyd edib ki, dəmir çatışmazlığı olan uşaqlar iştahasız olduqları üçün kifayət qədər qida qəbul etmirlər. Bununla bağlı olaraq böyümə və inkişaf geriliyi kimi ciddi problemlərin meydana gələ biləcəyi barədə xəbərdarlıq edib.

Hər üç uşaqdan birində aşkar olunan dəmir çatışmazlığı ciddi müayinə tələb edən sağlamlıq problemidir. Dolayısı ilə bu, uşaqların əqli inkişafına və öyrənmə qabiliyyətinə də mənfi təsir göstərir.

Pediatr onu da vurğulayıb ki, dəmir çatışmazlığı olan uşaqlar valideynlərinə narahatlıq yaradır, tez-tez səbəbsiz yerə ağlayıb-sızlayırlar. Belə uşaqlarda rast gəlinən digər vacib problem infeksion xəstəliklərdir. Odur ki, valideynlər dəmir çatışmazlığı əlamətlərinə qarşı həssaslıq göstərməlidir:

“Məktəbəqədər dövrdə inək südünün həddindən artıq istifadəsi də dəmir çatışmazlığına səbəb olan digər vacib amillərdən biridir. Hədsiz inək südü içmək dəmirin bədən tərəfindən sovrulmasını pozur və bağırsaqda incə qanaxmaya səbəb olur. Nəticədə dəmir çatışmazlığı inkişaf edir. Bundan əlavə, tez-tez yoluxucu xəstəliklər, bağırsaq parazitləri, mədə-bağırsaq traktının xəstəlikləri və ya böyrək xəstəlikləri, tez-tez burun qanaması kimi problemlər də dəmir çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, ilk altı ayda körpənin tək qidası ana südüdürsə və anada dəmir çatışmazlığı varsa, bu, körpədə eyni problemi inkişaf etdirə bilər”, - deyə həkim bildirib.

Dəmir çatışmazlığının vacib əlamətləri

Oya Duran dəmir çatışmazlığı əlamətlərini aşağıdakı kimi sıralayıb:

1. Dəridə solğunluq ən çox görülən simptomlardır. Anemiya dərəcəsinə görə, solğunluq çox aşkar ola bilər.

2. İştahasızlıq dəmir çatışmazlığında ən çox görülən əlamətlərdən biridir. Uşağın qanı artdıqca iştahası bərpa olunur.

3. Yorğunluq və halsızlıq dəmir çatışmazlığı olan uşaqlarda ən çox qeyd olunan simptomlardır.

4. Dəmir çatışmazlığı olan uşaqlar tez-tez narahat olurlar.

5. Diqqət çatışmazlığı və qavrayış problemləri inkişaf edə bilər.

6. Böyümə geriləməsi dəmir çatışmazlığının digər vacib simptomudur.

7. Nadir hallarda ağlayarkən nəfəs tutulması baş verə bilər.

8. Dırnaqlar tez qırılır.

9. Ağız kənarında çatlaq dəmir çatışmazlığının tipik əlamətləridir.

10. Yuxu pozğunluqları da dəmir azlığına işarə edir.

11. Torpaq, əhəng və kağızı yemək istəyi də digər ümumi simptomlardır.

12. Əqli geriləmə müşahidə edilə bilər.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...