Загрузка...

Diqqətli olun, isti hava infarkt riskini artırır

Həddən artıq isti infarkt riskini artırır.

Sputnik.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, isti havalar təzyiq probleminə, ürək atışında ritm pozulmasına və digər problemlərə səbəb olur. Mütəxəssislərə görə, hər 5 dərəcə isti riski 5 dəfə artırır.

ABŞ-da Miçiqan ştatında 45 xəstəxanada 30 min xəstə üzərində aparılan araşdırmalara görə, isti hava ən çox ürəyi yorur. Araşdırmaya görə, 25 dərəcədən sonra hər 5 dərəcə artımda infarkt riski 5 dəfə artır.

Mütəxəssislər bildirir ki, kofeinli və ya alkoqollu içkilər bədəndə su itirilməsini artırır. Mineral suların tərkibində olan duz da bədəndə həddən artıq su saxlanmasına yol açaraq təzyiqin yüksəlməsinə səbəb olur.

Mütəxəssislər bildirir ki, baş ağrısı, baş gicəllənməsi, ürəkdə döyüntünün artması, nəfəs darlığı, nəfəs çatışmazlığı, sinədə ağırlıq hissi, soyuq tərləmə, nəmli dəri, həddən artıq halsızlaşma, bulantı-qusma, tünd rəngli sidik, hərarətin artması, şüur bulanıqlığı və s. qan-damar xəstəliklərinin xəbərçisi ola bilər.

Buna görə diqqətli olmaq lazımdır. Xüsusilə də 13.00-16.00 radələrində sərin yerlərdə olmaq lazımdır.


Saglamolun.Az

.
Загрузка...
. .

.

SON YAZILAR

Яндекс.Метрика