Загрузка...

Körpə barmağını əmir?

Hamiləliyin təqribən üçüncü trimestrinin əvvəllərindən (bəzən isə daha əvvəl) başlayaraq körpə öz yumruqları və ayaq barmaqları ilə, həmçinin göbək ciyəsi ilə oynayır və onları sorur.

Bunu ultrasəsli müayinənin köməyilə görmək olar. Bu yolla o, anasının bətnindən ayrılan kimi ona lazım olacaq “əmmə” bacarığını inkişaf etdirir.

Doğuşdan sonra körpə yumruqlarını əmməyə başlayır. Odur ki, yumruqlarını əmməsini, körpənin anadangəlmə vərdişlərindən biri hesab etmək olar.

Əmmə prosesində körpə dərhal sakitləşir, çünki bu ona ana bətnindəki rahatlığı xatırladır.

Körpə öz barmağını, eynilə döşü əmdiyi kimi əmir, odur ki, barmağı əmmək, körpənin döşü düzgün əmib-əmməməsinə heç bir təsir göstərmir. Məhz bu səbəbdən, körpə döşü əmərək sakitləşmədikdə, barmaq işə yarayır. Ana körpənin barmağını yumşaq hissəsi yuxarı şəkildə damağa tərəf çevirir və körpə dərhal sakitləşir.

Lakin, körpə ilk günlər öz bədən hərəkətlərini çətinliklə koordinasiya etdiyi üçün, barmaqlarını və yumruqlarını şüurlu şəkildə yalnız 3-cü ayına yaxın əmməyə başlayır. Bu zaman o nəhayət ki, öz əllərini “tapa” bilir. Bundan sonra, körpə ağzını və əllərini diqqətlə tədqiq etməyə başlayır.

O, öz ağzının quruluşunu nə qədər tez öyrənsə, 1 yaşına yaxın öz nitq aparatını bir o qədər asanlıqla idarə edəcək.

Lakin, körpələrin öz yumruqlarına bu qədər həvəs göstərməsi, xüsusilə, körpənin əllərini dərinə salması nədənsə bir çox valideynləri qorxudur. Barmaq sorma “problemi” barədə danışanda, həkim və ya qohumlardan ilk eşitdiyimiz bu olur: körpə acdır, ananın südü azdır. Yox əgər körpənin çəkisi qaydasındadırsa, o zaman da deyirlər ki, əmmə refleksini təmin eləmək üçün körpəyə dərhal əmzik vermək lazımdır. İlk ağıla gələn, sıxıntı və tənhalıqdan barmağını soran atılmış uşaqların təsviri olur.

Körpənin barmağını əmməsini tərgitmək, yoxsa barmağını doyunca əmməsinə imkan vermək lazımdır? 
Cavab kifayət qədər sadədir: əgər siz körpənizi tələbinə uyğun qidalandırırsınızsa, əmizdirmələrin müddətini məhdudlaşdırmırsınızsa, körpəni zəruri taktil təmasla təmin edirsinizsə, özünüzü ana rolunda əzmli hiss edirsinizsə, körpəyə əmməyə döşdən başqa bir şey vermirsinizsə, körpənin üzərində erkən inkişaf təcrübələri aparmırsınızsa, o zaman, barmaq və ya yumruq əmmək sadəcə idraki refleksdir və tezliklə öz-özünə keçib gedəcəkdir.

Bəzi körpələr özlərini çox məzəli aparır: döşü əmməyə başlayan körpə, eyni zamanda yumruğunu da ağzına salmağa çalışır.

Əgər körpə barmağını uzun müddət və israrla əmirsə (10-15 dəqiqədən artıq) və ya barmağı ağzında yatırsa, çox güman ki, o, xoşagəlməz hisslər keçirir. Odur ki, zərif şəkildə barmağı döşlə əvəzləməyə çalışın və körpənin sizə verdiyi siqnallara daha çox diqqət yetirin ki, onun bu həyəcanlı vəziyyətinin səbəbini anlayasınız.

Müəllif: Natalya Razaxatskaya, əmizdirmə məsləhətçisi (İBCLC), slinqo-məsləhətçi.
Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.am-am.info

Vib.az

 

 



Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика