Diabet xəstələri üçün ən faydalı tərəvəz

Şəkərli diabet ağır xroniki xəstəlikdir. İldən ilə bu xəstəliyə yoluxan insanların sayı artır.

Belə ki, 2012-ci ildə dünyada 382 mln. insana bu xəstəliyin diaqnozu qoyulub. Alimlərin fikrinə görə, 2035-ci ilə qədər bu rəqəm artacaq və 592 mln. çatacaq. Kontrol olunmayan şəkərli diabet orqanizmə ciddi ziyan vurur, ağır fəsadların inkişafına (infarkt, insult, böyrək çatışmazlığı, korluq) səbəb olur.

Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün pəhriz müalicənin tərkib hissəsidir. Dərman preparatları ilə yanaşı düzgün qidalanma şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri araşdırmalar nəticəsində  diabet xəstələri üçün ən faydalı məhsul təyin ediblər. Bu balqabaq növü olan sukkinidir.

Sukkini qanda şəkərin tənzimlənməsinə kömək edir, qidalı liflərlə zəngindir, insanı uzun müddət ərzində tox saxlayır. Bütün bunlar şəkərli diabet xəstələri üçün çox vacib olan amillərdir.

Bundan əlavə sukkini qaraciyər üçün də çox faydalıdır, arıqlamağa kömək edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir, dərinin vəziyyətini yaxşılaşdırır.  

Sukkini asan mənimsənilir və bu səbəbdən kiçik yaşlı uşaqların menyusuna əlavə qida kimi əlavə oluna bilər.

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...

 


Яндекс.Метрика