Vərəmlə mübarizə günü...

Hər il 24 mart tarixində Ümumdünya Səhiyyə Təşkilatı  (ÜST) vərəm xəstəliyinin və ona yoluxma təhlükəsinin azalması məqsədi ilə vərəmlə ümumdünya mübarizə gününü qeyd edir.

2014 cü ildə də  bu tədbir , “3 mln insanı müalicə ilə təmin etmək” devizi altında həyata keçirilib. Vərəm müalicə olunur, lakin indiki dövrdə belə xəstəni müəyyən etmək və sonradan onu müalicə etmək üçün lazımı səy göstərilmir. Hər il bu xəstəliyə tutulan 9 mln xəstənin 3 mln – nu müalicə olunmur.

22 mny insanın həyatı “Ümumdünya Səhiyyə Təşkilatının”vərəmlə mübarizədə  istifadə etdiyi  strategiya sayəsində xilas olunub.

Vərəm haqda əsas faktlar:

Vərəmin oyadıcısı olan bakteriya (Mycobacterium tuberculosis) daha çox ağciyəri sarsıdır. Vərəmin qarşısını almaq və müalicə etmək mümkündür.

Vərəm, insandan insana hava vasitəsiilə keçir. Ağ ciyər vərəmi  xəstələri asqırdıqda, öskürdükdə və tüpürdükdə havaya vərəm bakteriyaları atmış olurlar. İnsanın bu xəstəliyə yoluxması üçün yalnız az miqdarda bu bakteriyaları udması kifayətdir.

Dünya əhalisinin 1/3 hissəsi letand vərəm xəstəsidir. Bu o deməkdir ki, bu insanlar bu bakteriyalara yoluxublar, yalnız hələ xəstələnməyib və onu digərlərinə yoluxdura bilməzlər.

Bu insanların, yaşadıqları dövr boyunca bu xəstəliyə tutulma təhlükəsi 10% təşkil edir.  Lakin immun sistemi zəif olan, tütün qəbul  edən, az  qidalanan və şəkər xəstəsi olan insanlar daha çox təhlükəyə məruz qalırlar.

Öskürək, gecələr tərləmə, çəkinin azalması vəs. kimi əlamətləri olan aktiv vərəm xəstəsində ilk büddət bu kimi əlamətlə özünü zəif göstərir. Bu insanların həkimə müraciətini uzadıb,bu zaman ərzində bir çox insanı yoluxdurması deməkdir. 1 il ərzində vərəm xəstəsi, sıx təmasda olduğu 10 – 15 insanı yoluxdura bilər. Lazımı müalicənin tədbiq olunmaması halında bu xəstələrin 2/3 hissəsi olümə məruz qalır.

Yaddan çıxarmayın ki, tütündən istifadə bu xəstəliyə yoluxma təhlükəsini artırır. Vərəm xəstəliyinə tutulan insanların 20 % -i siqaret çəkənlərdir.

Sağlamlığınızı qoruyun...


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика