Yerli vaxtla saat 02:20-də, Lənkərandan 12 km qərbdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.
Saglamolun.Az