Загрузка...

Azərbaycanda temperatur daha da yüksəlir



Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi və şimal küləyi əsəcəyi gözlənilir.

Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Sabah Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Saglamolun.Az

.....

.
.

SON YAZILAR

Яндекс.Метрика