Tovuzda üç yaşlı oğlan zəhərlənərək ölüb

 

Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.

Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu  xilas etmək mümkün olmayıb.

Saglamolun.Az