Загрузка...

Artıq duz qəbulunun ölümcül fəsadları

Amerikalı alimlər qidada mütəmadi olaraq həddindən artıq miqdarda duzdan istifadənin bağırsaqların immun sistemində dəyişikliklərə, nəticədə isə insanın koqnitiv funksiyalarının deqredasiyasına yol açdığını müəyyənləşdirib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, aparılan elmi araşdırma haqqında məqalə “Nature Neuroscience” jurnalında dərc olunub.

Araşdırmanın tapıntılarına görə, natirum-xloriddən normadan artıq istifadə endotial disfunksiyaya yol açır, arterial təzyiqə təsir etməsə belə, beyində qan dövranının zəifləməsinə və koqnitiv pozuntulara səbəb olur,

Yüksək duzlu dieta bağırsaqda T-helper 17 hüceyrələrinin sayını və onların formalaşdırdığı interleykin-17 molekullarının miqdarını əhəmiyyətli dərəcədə artırıb. Müəlliflər qeyd edirlər ki, qan dövranında interleykin-17 molekulunun artımı bu cür zərərli dietanın beynin qan dövranına mənfi təsiri ilə müşahidə olunub.  

Belə bir nəticəyə tədqiqatçılar siçanlar üzərində aparılan sınaqlar və müşahidələrdən sonra gəlib. Alimlər əmin edir ki, əldə olunmuş nəticələr insanlar üçün də keçərlidir. Sınaqlarda  gəmiricilər normal qidalanma şəraitinə qaytarıldıqdan sonra yüksək duzlu dietanın neqativ fəsadları aradan qalxıb.

Ümumdünya Səhiyyə Təşkilatı insanın gündəlik olaraq beş qramdan artıq duz qəbul etməsini tövsiyə etmir. Araşdırmaya görə, gündəlik 5 qrama qədər olan normaya əməl olunsa, dünyada hər il 2.5 milyon ölüm halının qarşısını almaq mümkün olar.

Təşkilatın məlumatına görə, planetimizdə yaşayan insanların yarıdan çoxu gündəlik olaraq  normadan 80-140% çox natrium-xlorid qəbul edir. İzafi duz başlıca olaraq insan orqanizminə çörəklə, quru səhər yeməkləri və qəlyanaltı yeməklərlə daxil olur.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика