Загрузка...

Dərslərin iyunun 15-nə qədər davam etməsi vacibdirmi? - AÇIQLAMALAR

Artıq üçüncü ildir ki, orta məktəblərdə dərslər iyunun 14-də bitəcək. Amma dərs kitablarında mövzular mayın sonuna qədər mənimsənilir.

Yəni iyun ayı ərzində keçməyə dərs qalmır, yay tətili iəs başlamır. Bu da şagirdlər və müəllimlər araslında haqlı narazılığa səbəb olur. Bəzi məktəblərdə şagirdlərə ayın 31-dən sonra məktəbə gəlməmək tövsiyyə olunur.

Beləliklə, son iki həfətə faktiki heç bir tədris prosesi aparılmırsa, isti havada şagirdləri və müəllimləri məktəbə-gedib-gələməyə məcbur etmək hansı zərurətdən doğur?

Hurriyyet.org-un məlumatına görə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Strateq.az-a açıqlamasında bildirib ki, tədrsi prosesinin uzadılması hansısa mexaniki zərurətdən irəli gəlmir: “Təhsil Nazirliyi bu qərarı verərkən, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanıb. Bilirsiz ki, buna qədər Azərbaycanda tədris həftəsi 31-12 həftə təşkil edirdi. Qabaqcıl ölkələrdə isə 38-40, hətta 42 tədrsi həftəsi var. Biz də belə ölkələrin təcrübəsinə istinad etmişik”.

Şöbə müdiri qeyd edib ki, tədris ilinə uyğun proqramlar əvvəldən işlənib hazırlanıb: “Bu qərar tədrsin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin dərs yükünün optimal bölüşdürülməsinə gətirib çıxarıb”. C.Valehov qərarın praktik baxımdan özünü doğrultmaması barədə iradlara da münasibət bildirib. “Əvvala, kitablarda dərs mövzularının mayın 31-də bitməsi mümkün deyil. İkincisi, müəllimlər dərsləri bitirsələr belə məktəbdə şagirdlərin mənimsəyəcəyi çox şey. Bir məsələni də vurğulayım, şagird 15 günü məktəbdə keçirsə faydalıdır, yoxsa evdə, küçədə – bayrıda? Əlbəttə ki, məktəbdə. Ona görə də bütün parametrlərdən baxdıqda, tədrisn iki həftə uzadılması əhəmiyyətlidir və şagirdlərin bilik-bacarıqlarının daha da yüksəldilməsinə yönəlib”.

Nazirliyin sözçüsü bu qərara yenidən baxılacağını istisna etdi: “Dərslərin əvvəlki rejimdə bərpa olunması mümkün deyil”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, dünya praktikasında təhsillə bağlı standartlar daim dəyişir və yenilənir.“Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Mənə elə gəlir ki, bizim nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ burasındadır ki, elə mövzular var, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər, bu zaman keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən, zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil”.

Təhsil eksperti 2016-cı ildən etibarən orta məktəblərdə dərs ilinin iyunun 14-dək uzadılmasını xatırlatdı: “Hansı ki, uzun illərdir Azərbaycanda dərs ili sentyabrın 1-də başlayıb, mayın 25-də bitirdi. Dərslərin sentyabr ayının ortası başlaması normal deyil. Dərs ili bütün dünyada hansı ayda başlayırsa, o ayın əvvəlinə təsadüf edir. Hətta spesifik ölkə olan Yaponiyada çox fundamental təhsil sistemi mövcuddur və burada dərslər aprelin 1-i başlayır. Yəni tədris ilinin ayın əvvəlində başlaması, həm də tədris ilinin başa çatmasını nizamlaya bilər. İnsanlar uzun müddət tədrisə sentyabrın 1-də başlayıblar və bu da psixoloji cəhətdən rahatlıq yaradır. Burada söhbət 15 gündən gedir. Sanki bu 15 gün ərzində şagirdlər 9 ay ərzində öyrəndiklərindən daha çox bilik qazanırlar”.

Kamran Əsədov qeyd edir ki, təhsil sahəsində zaman-məkan prinsiplərinə, daha çox milli mentalitet, milli psixologiyaya önəm verilsə, daha effektiv olar. Mən də hesab edirəm ki, dərslər və tədris ili 1 sentyabrdan başlamalıdır və may ayının sonunda bitməlidir: “Bu, həm də tamlıq deməkdir. İstər dərs saatlarının bölgüsündə, istər istirahət günü məsələsində vacibdir. Həm də valideynləri yay geyimi almaq üçün əlavə xərclərdən azad edər. Yəni 15 sentyabrda dərs başlayanda şagird yay geyimini 15-20 gün istifadə edə bilir və valideynlər qısa müddətdən sonra yenidən xərcə düşəcək. Amma dərslər 1 sentyabrdan başlasa, şagirdlər alınan məktəbli formasını daha uzun müddət istifadə edəcək”.

Ekspertin sözlərinə görə, 1 sentyabrdan dərslərin başlamasını vacib edən amillərdən biri də odur ki, şagirdlərin dərsi mənimsəməsi isti aylarda daha aşağı səviyyədə olur. “Amma 1 sentyabr və mayın sonu Azərbaycanda nisbətən sərin hava şəraiti olduğuna görə, iyunun isti vaxtlarında şagirdlərin dərsə davam etməsi effektiv olmur. Bu, dərs həftəsində hansısa azalma ilə müşahidə olunmayacaq. Çünki 14 iyunda bitən dərsi, sentyabrda 15 gün əvvələ çəkməklə bərabərlik təmin olunur. Reallığı deyək, onsuz da mayın 20-dən sonra orta məktəblərdə ciddi şəkildə dərslər keçirilmir. Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər”.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

SON YAZILAR

Яндекс.Метрика