Rusiyada güclü yanğında 64 nəfər ölüb – FOTO + VİDEO

Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov bildirib ki, Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı 64 nəfər ölüb.

Rusiyanın İstintaq komitəsinin rəsmi nümayəndəsi Svetlana Petronko, Kemerovo şəhərinin “Qış albalısı” TM-də baş vermiş yanğınla əlaqədar özəl mühafizə şirkəti əməkdaşının həbs olunduğunu bildirib

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, buna səbəb həmin şəxsin yanğın siqnalının daxil olmasından sonra,  həyəcan-xəbərdarlıq sistemini söndürməsidir.

“Hal-hazırda insidentlə əlaqədar beş nəfər saxlanılıb və dindirilib. Onların arasında binaya sahib olan şirkətin texniki direktoru, binanın icarədarı, yanğın həyəcan siqnalına cavabdeh olan təşkilatın əməkdaşı və rəhbəri var, həmçinin yanğın siqnalı daxil olduqdan sonra, həyəcan-xəbərdarlıq sistemini söndürmüş özəl mühafizə şirkətinin əməkdaşı var” deyə bəyanatda qeyd olunur. 

 

Saglamolun.Az