Daban çatlarını müalicə etmək üçün - Türkəçarələr

Daban çatları demək olar ki, hər insanda rast gəlinə bilən problemdir. Xüsusilə də qadınlar üçün olduqca cansıxıcı haldır. Bu problemin öhdəsindən gəlmək isə elə də çətin deyil.

Çox pul xərcləmədən evinizdə olan ərzaqlardan istifadə edərək dabanınızda yaranan çatları özünüz də müalicə edə bilərsiniz.

Gül suyu

Gül suyu daban çatlarını aradan qaldırar, eyni zamanda ayaqlarınızın təravətli qoxmasını təmin edər. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Çatların olduğu bölgəyə çoxlu sürtün ki, nəmlənsin. Bu qarışımı gecə yatmazdan əvvəl çəkin və pambıq corab geyinin. Səhərisi dabanlarınız yumşaq olacaq.

Alma sirkəsi

Alma sirkəsi dəri səthindəki ölü hüceyrələri təmizləməklə yanaşı, dəridə olan bakteriyaların da yox olmasını təmin edir. Hər gün suyun içərisinə alma sirkəsini tökün və ayaqlarınızı bu qarışımın içərisində ən az 20 dəqiqə saxlayın.

Zeytun yağı

Dəriyə çox faydalı olan zeytun yağı daban çatlarına çox yaxşı təsir edir. Hər gün müəyyən fasilələrlə çatlar olan hissəyə zeytun yağı çəkin. Ancaq zeytun yağını sürtdükdən sonra problemli bölgəni sellofanla sarıyın. Bu əməliyyatı dabanınızdakı çatlar keçənə qədər tətbiq edə bilərsiniz.

Saglamolun.Az