Загрузка...

Varikozdan qorunmaq üçün bunları yeyin!

Varikoz xəstəliyi həm ayaqların vəziyyətinə mənfi təsir edir (damar ulduzcuqları, şişmiş damarlar və s.), həm də müxtəlif ağır fəsadların (tromblar, xoralar) inkişafına səbəb olur.

Həkimlər ayaqların gözəlliyini və sağlamlığını qorumaq üçün bu kimi qidaların qəbulunu tövsiyə edirlər:

- E vitamini ilə zəngin qidalar damarların elastikliyini qorumağa kömək edir. Bu vitamin cücərdilmiş buğdada, mərcidə, yumurta sarısında, kahıda, zeytun yağında xüsusilə çoxdur.

- C vitamini damarları möhkəmləndirir, ödemləri azaldır. Bu səbəbdən varikozdan qorunmaq üçün qidalanmaya sitrus meyvələri, qara qarağat, çaytikanı, çiyələk, bolqar bibəri, kələm daxil etmək lazımdır.

- P vitamini (rutin) damarların divarlarını və damarların daxilində olan qapaqları möhkəmləndirir. Portağal, limon, itburnu, qara qarağat, kələm, cəfəri, kahı, qarabaşaq, yaşıl çay bu vitaminlə zəngindir.

- Xüsusi maddələr "bioflavonoidlər" varikoz xəstəliyinin profilaktikasında böyük rol oynayır. Onlar trombları əridir, qanın damarlarla hərəkətini asanlaşdırır. Bu maddələr qırmızı qilasda, albalıda, dəniz məhsullarında, dəniz yosunlarında var.

- Mayenin (su, şirələr, kompotlar və s.) qəbulu çox vacibdir. İnsan az maye qəbul edirsə, onun qanı daha qatı olur. Nəticədə qanın damarlarda hərəkəti çətinləşir, damarlar isə həddən artıq yüklənir. Bu isə damarlarda pozulmaların inkişafına təkan verir.

- Bağırsaqların normal işləməsi varikozun profilaktikasında böyük rol oynayır. Qəbizliyə yol verməyin. Bunun üçün qidalanmanızda qidalı liflərlə zəngin olan məhsulların (meyvə-tərəvəz, göyərti, sıyıqlar) miqdarını artırın.

- Yağlı, şirin, duzlu, hisə verilmiş qidaları, müxtəlif konservləri, şorabaları qidalanmanızda minimuma çatdırın. Bu qidaların daim qəbulu damarların vəziyyətinə mənfi təsir edir.

Bundan əlavə varikozun profilaktikası üçün insan hərəkətli olmalı, idman və bədən tərbiyyəsi ilə məşğul olmalıdır. Üzgüçülük damarların sağlamlığını çox yaxşı qoruyur.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика