3 həftə ərzində qripdən 50 nəfər öldü

Çexiyada 3 həftə ərzində qrip epidemiyası nəticəsində 50 nəfər dünyasını dəyişib.

Trend.az xəbər verir ki, bu barədə Çexiyanın Dövlət Tibb Universitetinin yaydığı məlumatda deyilir.

Xəstəlikdən daha çox yaşlı nəslin nümayəndələrinin əziyyət çəkdiyi bildirilir. Ölənlərdən 43 nəfərin yaşı 60-dan çox olub.

Son 3 həftə ərzində 199 nəfər qripə yoluxan ölkə xəstəxanalarına ağır vəziyyətdə yerləşdirilib.

Saglamolun.Az