Bədənin aşağı hərarəti hansı pozulmaların simptomudur?

Əksər hallarda biz hərarətin yüksəlməsi haqqında eşidirik.

Adətən hərarət infeksion xəstəliklər zamanı yüksəlir. Bu da orqanizmin infeksiyaya qarşı təbii qoruyucu reaksiyasıdır. Yüksək hərarət insanın immun sistemini daha fəal şəkildə işləməyə vadar edir. Bu isə sağalmanı sürətləndirir. Lakin çox yüksək hərarət (38,5 C-dən yuxarı) insan orqanizmində gedən bir çox prosesləri pozur ki, bu da çox təhlükəlidir. Bu səbəbdən hərarət 38,5 C çatdıqda, hərarəti mütləq salmaq lazımdır.

Son vaxtlar həkimlər insanlarda hərarətin normadan aşağı olmasını tez-tez müşahidə edir. Bunun səbəbi nədədir?

Hər bir insan öz normal bədən hərarətini bilməlidir. Bu heç də bütün insanlarda 36,6 C deyil. Normal bədən hərarəti ayrı-ayrı insanlarda 35,5 C-dən 37,5 C-dək ola bilər. Əgər insanda belə hərarət daim müşahidə olunursa və insan özünü normal hiss edirsə, bu onun normal bədən hərarətidir.

Aşağı hərarətin simptomları:

- süstlük

- zəiflik

- tez yorulma

- əhval-ruhiyyənin pozulması

Sağlam insanların bədən hərarəti gün ərzində təxminən 0,5 C dəyişilir. Belə ki, ən aşağı hərarət göstəricisi səhər 4.00-6.00 radələri arasında, ən yüksək isə 16.00-20.00 radələri arasında qeyd edilir. Beləliklə, axşam hərarətin yüksəlməsi barədə şikayətləri çox vaxt əsassızdır, bu sadəcə bədən hərarətinin fizioloji artması ilə əlaqəlidir.

Əgər bədən hərarəti bir neçə gün ərzində 35,5 C-dən aşağıdırsa, mütləq həkimə müraciət edib bunun səbəbini araşdırmaq lazımdır. Bəzən bu çox ciddi xəstəliklərin simptomu ola bilər. Bundan əlavə hərarətin düşməsi insanın sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yaradır.

Aşağı bədən hərarətinin səbəbləri arasında:

- uzunmüddətli əqli və ya fiziki iş, yorğunluq

- ağır xroniki streslər

- hipotireoz (qalxanvari vəzinin funksiyasının azalması) zamanı insanda hərarət düşə bilər

- böyrəküstü vəzilərinin xəstəlikləri

- dərmanların, xüsusilə hərarətsalan dərmanların, antibiotiklərin, nəzarətsiz qəbulu

- hamiləlik

- QİÇS infeksiya

- bəzi beyin şişləri

- anemiya

- keçirilmiş infeksion xəstəliklərdən sonra immunitetin kəskin zəifləməsi

- bədənin həddindən artıq soyuqlaması

Beləliklə, bədən hərarətinin aşağı olması bəzi ciddi xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən bu simptoma etinasız yanaşmayın və həkimə müraciət edin.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...

 


Яндекс.Метрика