Yaxın gələcəkdə Rusiyada internet vasitəsilə evlənib-boşanmaq mümkün olacaq.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, məsafəli evlənmə və ya boşanma vahid dövlət portalında yaradılan “şəxsi kabinet” vasitəsilə baş tutacaq. Evlənmək istəyənlər üçün internet VVAQ-da gün təyin olunacaq, sonra online olaraq nikah kəsiləcək. Eynilə boşanmaq istəyənlər də bu xidmətdən yararlana biləcəklər. Amma bunun üçün kart vasitəsilə xidmət haqqı da ödəniləcək.
Hesab edilir ki, belə üsul vasitəsilə vaxt itkisi və əlavə xərclər də aradan qalxar.
Saglamolun.Az