Qaraciyərimizi yağlanmadan necə qoruyaq? - TƏBİİ MÜALİCƏ ÜSULLARI

Qaraciyər yağlanmaya ən uyğun orqandır. Qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var.

Medicina.az bildirir ki, bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma hesab olunur. Ancaq az miqdarda yağlılıq qorxulu hesab olunmur. Əgər qaraciyərdə yağlılıq 10 faizi keçərsə, bu, artıq həyəcan siqnalıdır. Lipidlər qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər sirrozu, xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər.

Qaraciyər yağlanmasının səbəbləri:

Qaraciyər yağlanması əsasən, alkollu içkilərlə bağlı olur.Digər səbəblər isə birbaşa yaşam tərzi ilə bağlı faktorlardır.

Hərəkətsizlilik, çox yağlı qidaların qəbulu və diabet bu xəstəliyin səbəbərindən hesab olunur. Qaraciyərdə yağlanma ilkin olaraq, özünü ciddi büruzə verməsə də, vaxt keçdikcə ağırlaşa bilər.

Təbii müalicə üsulları

Yaşıl çay yağlanmaya qarşı ən effektiv dərmanlardan hesab olunur.

Qaraciyərin yağlanmasını əngəlləyən biri də limondur. Şərq təbabətində limon qara və ağciyər xəstəliklərini sağaldan, müxtəlif zəhərlənmələrdə zəhər əleyhinə gözəl vasitə hesab olunurdu.

Sarıkök də qaraciyər yağlanmasının qarşısını alır. Sarıkökü meydana gətirən element kurkumindir. Sarıkök maddələr mübadiləsini nəzarət altına almağa və çəkini qorumağa kömək edir. Elm adamları nizamlı sarıkök istifadəsinin həzm sisteminə də yaxşı təsir etdiyini açıqlayıblar.

Təbii süd və süd məhsulları qaraciyər üçün çox faydalı olan essensial fosfolipidlərlə zəngindir. Qaraciyərin sağlamlığı üçün bu məhsulları hər gün istehlak etmək lazımdır.

Saglamolun.Az




loading...

 

 

 


Яндекс.Метрика