12 yaşlı qızın mədəsindən çıxanlar görənləri dəhşətə gətirdi - VİDEO

 

Konyada 12 yaşlı qızın mədəsindən 2 kilo 850 qram ağırlıında saqqız və tükdən ibarət yumaq çıxarılıb.

Konya Fərabi Xəstəxanasının həkimi, cərrah Bülent Ereneoğlu yanına gətirilən və qarın ağrılarından şikayət edən qızı müayinə edərkən onun qarnında bərk kütlənin olmasını təsbit edib.

Bizimyol.info bildirir ki, çəkilən tomoqrofiya rəsmlərində qızın məədsini tamamilə dolduran kütlə aşkarlanıb. Əməliyyat nəticəsində20x15x12 ölçüsündə olan kütlə çıxarılıb.

Doktor Erenoğlu bu kimi halların stress altında yaşayan uşaqlardaa çox görüldüyünü qeyd edib. Xəstə çeynədiyi bütün saqqızları udduğunu və həmişə saçlarını yediyini söyləyib. Həkim bildirir ki, bu cür hallar trikotillomaniya xəstəliyinin əlamətləridir.

Saglamolun.Az