Xərçəng xəstəliyindən necə qorunmaq olar?

Dünyanın ən dəhşətli xəstəliklərindən biri olan xərçəng xəstəliyini bir çoxları sağalmaz, müalicəsi mümkün olmayan bir xəstəlik - bəla olaraq qəbul edirlər.

Halbuki xərçəng zamanında aşkarlansa, müalicə oluna bilər. Bunun üçün isə insanlar müntəzəm olaraq müəyyən vaxtdan bir müayinə olunmalı, həkimlərin məsləhətlərinə əməl etməli, qidalarına və gündəlik olaraq məişətdə istifadə etdikəri əşyalara diqqət etməlidirlər.

Bəzən insanlar səhhətində baş verən adi dəyişikliklərə əhəmiyyət vermirlər. Hərçənd ki, bu əlamətlər xərçəng xəstəliyinin göstəriciləri ola bilər. Zamanında tibbi müayinədən keçməklə isə insanlar öz həyatlarını xilas edə, ömürlərini uzada bilərlər.

Qəfildən iştahın itməsi və çəki itkisi mədəaltı vəzi, mədə, boğaz xərçəngi və ağciyər xərçənginin əlaməti ola bilər.

37.6 və 38.2 dərəcə bədən temperaturu isə müxtəlif infeksiya yoluxmaları ilə bərabər, qan xərçənginin göstəricilərindəndir.

Dəridə sağalmayan yaralar, asimmetrik və qeyri-adi rənglərdə olan ləkələr dəri xərçəngindən xəbər verə bilər.

Əvvəl heç ehtiyacınız olmadığı halda gün ərzində 3-4 saat yatmaq ehtiyacı, artan yorğunluq bütün növ xərçəng xəstəlikləri və lekemiyanın əlaməti kimi özünü büruzə verə bilər. Qan təzyiqinin aşağı düşməsinə səbəb olan yorğunluq həm də qan azlığı, yuxu pozğunluğu, ürək problemləri, diabet xəbərçisi də ola bilər.

Udqunma problemi və xronik səs batması, dodaqlarda sağalmayan yaralar, anormal qanamalar, ağızda ağrı və keyimə, xroniki boğaz iltihabı ağız xərçənginin əlamətlərindəndir.

Sidikdə qan görünəndə çox vaxt insanlar buna əhəmiyyət vermirlər və adi infeksiya yoluxmasının əlaməti olduğunu düşünürlər. Halbuki bu, xərçəngin əlaməti ola bilər. Bədəndə şişlər, dərinin sərtləşməsi süd vəzisi xərçənginin həm ilkin, həm də ən son mərhələsinin göstəricisi ola bilər.

Həkimlərin fikrincə, izah edilə bilməyən ağrılar xərçəngin ən geniş yayılmış əlamətləridir. Bu cür ağrılar sümük xərçənginin ilkin göstəricisi ola bilər. Müalicə olunmasına baxmayaraq, keçməyən baş ağrıları isə beyində şişin olmasından xəbər verə bilər. Bel ağrısı yumurtalıq xərçənginin əlamətlərindəndir.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Elnarə Cəlilova

Elnarə Cəlilova

Oftalmologiya

Oftalmoloq İş stajı – 17 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...

 


Яндекс.Метрика